Naxçıvan Muxtar Respublikası - Azərbaycan Respublikası tərkibində muxtar respublika. Kiçik Qafqazın cənub-qərb qurtaracağında yerləşir. Ərazisi 5,363 km², 1 yanvar 2007-ci il vəziyyətinə görə əhalisinin sayı 379,473 nəfərdir. 11 sentyabr 2009-cu ildə Naxçıvan Muxtar Respublikasının (NMR) 400 000-ci sakini doğulmuşdur.
Naxçıvan Muxtar Respublikası tipik dağlıq ərazidir. Ərazisisinin 32 faizi (Araz boyu düzənlik) dəniz səviyyəsindən 600-1000 metr yüksəklikdə, 48 faizi 2000 metrədək yüksəklikdə, 20 faizi isə 2000 metrdən daha artıq yüksəklikdə yerləşir. Dağlıq ərazi şimaldan Dərələyəz və şərqdən Ələngəz dağları ilə əhatə olunmuşdur. Kiçik Qafqaz dağ silsiləsinə mənsub Ələngəz dağlarının ən yüksək nöqtəsi Qapıcıq dağı (3906 m), Dərələyəz dağlarının ən yüksək zirvəsi isə Kükü dağıdır (3120 m).
1918-ci ildə SSRİ-nin erməni əsilli liderləri tərəfindən Zəngəzurun Ermənistana verilməsi ilə əlaqədar Naxçıvanın ərazisi Azərbaycanın əsas hissəsindən ayrı düşmüşdür. Naxçıvan MR Ermənistan, İran və Türkiyə ilə həmsərhəddir.
Bölgənin ən önəmli cəhəti tarixi keçid və ticarət yolları üzərində yerləşməklə Qərb ilə Şərqi birləşdirməsidir. Buna görə də bölgəyə "Şərqin qapısı" adı verilmişdir.
|