Batıl inanç – Qırxlı uşaq

-Naxçıvanda gündüz doğulan uşağın ayağı, gecə doğulan əli yüngül olar.
-Qırxlı uşaq – bu müddəti qırx günlə məhdudlaşdıran mərhələdir.
Naxçıvanda inanırlar ki, bu müddətdə uşağın üstünə dua gətirməzlər (uşaq
boğular, qaralar, ölər); əti onun üzərinə gətirməzlər (uşaq ət kimi olar); qırxlı uşağı tək qoymazlar, qırx gün başının altına duz-çörək qoyarlar. Qırx gün o, ulduz görsə, yuxusu qaçar.
Uşağı axşam astanadan keçirmirlər ki, ona zərər gəlməsin. Bu müddət bitəndən sonra uşağı qırxdan çıxararlar. Qırx gün ənənəsini özündə birləşdirən və onları qoruyan bir sistemdir. Qırx gündən sonra ət başqa, dua başqa mahiyyət daşıyacaq.
-Göbəkkəsmə valideynlərin arzusu, əhdi kimi gerçəkləşir.
Göbəkkəsmədə bir gəncin yetkinlik yaşında həyatını başqa birisi ilə həmişəlik bağlamaq hadisəsi şərtlənir.
–Göbəkbasdırmada bir uşağın yetkinlik yaşında həyatını bir peşə ilə həmişəlik bağlamaq hadisəsi şərtlənir.
–Naxçıvanda deyirlər ki, qırxlı uşağı tək qoymazlar. Yoxsa cin onu öz uşağı ilə dəyişdirər. Əgər cin onu dəyişdirsə, uşağı altı qəbirdən keçirdillər, yeddincidə bədəninin yarısından basdırıllar. Uşaq ağlasa, gətirillər evə,ağlamasa gətirməzlər, o, cin olar.
Qırx gün o, ulduz görsə, yuxusu qaçar, axşam çağı bələyərlər ki, yuxusuvqaçmasın. Axşam astanadan keçirməzlər ki, bizdən yeylər zəfər toxundurmasın.
— Nəzər dəyməmək, sədəmə
toxunmamaq üçün yanına dovşan tükü, dağdağan, üzərrik, sarımsaq, iynə, çörək qoyarlar.,
– Deyirlər ki, uşağın paltarına tikilən
dağdağanı qışın çilləsində qırmaq lazımdır, başqa vaxt qırılsa, təsiri olmaz. Bir də kəsib qayıdanda arxana baxmamalısan, yoxsa kəsərdən düşər.
— Bu qırx gün sanksiyalaşdırılmış müddət kimi düşüncədə yaşayır. Bu müddət parçalar, hissələr kimi yox, vahid, bütöv, tam müddət olaraq düşünülür. Ona görə də körpə bu müddətdə qırxlı uşaq adlanır. Bu müddət başa çatandan sonra uşağı qırxdan çıxarırlar. Bunun üçün onu oturdurlar qara
parçanın üstünə, başına qırx üskük su tökürlər.
— Naxçıvanda deyirlər ki, uşağın ağzının suyu tez-tez axanda dayısının corabı ilə silərlər ki, kəssin. Ancaq bunu çox eləməzlər, deyərlər, onda dayının ömrü azalar.
— Boş beşiyin yırğalanması ilə uşağın xəstələnəcəyinə inanılır
–Uşağın qırxı çıxana qədər ona ad qoyulmalıdı, yoxsa uşax
böyüyəndə yalançı olar”; “uşax anadan olanda anası onun dilinə bal çəkir ki, şirindil olsun”; “uşağa ad qoyulanda gərək höcət eləməsinlər. Yoxsa uşax böyüyəndə höcət olar”
–Uşağın boynundan öpsən, küsəyən olar”; “uşağın üstünə bərk çığırıb yüyürsən, onda bizdən yeylər sənnən qabaq çatıp uşağı vurar”, “uşağın yanında şeşənin adını çəksən, şeşə gəlip uşağı vırar”
–. Onu da deyirlər ki, təzə anadan olmuş uşağın ağzında dişi varsa, ona qurban kəsmək lazımdı, yoxsa evdəki adamlara xətər dəyər
–Naxçıvanda deyilir ki, ana uşağa çox baxmaz, deyəllər uşağa nəzəri düşər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir